BMT: İsrail sülh proseslərini pozur

BMT: İsrail sülh proseslərini pozur

BMT baş katibinin Qərbi Asiya sülh prosesi üzrə nümayəndəsi sionist rejimin xüsusilə işğal olunmuş Qüds, düşərgələr və İordan çayının qərb sahilinin müxtəlif bölgələrindəki hərəkətlərini kəskin tənqid edib.

BMT baş katibinin Qərbi Asiya sülh prosesi üzrə nümayəndəsi Tur Uinslend deyib: “İşğal edilmiş Fələstin əraziləri Qüdsdə, düşərgələrdə və İordan çayının qərb sahilinin müxtəlif yerlərində gərginliyin şahidi olur”.

Uinslend qəsəbə sakinlərinə qarşı şiddətinin artmasına, evlərin sökülməsinə, ailələrin Qüds və onun ətrafından köçürülməsinə diqqət çəkərək, bu tədbirlərin İordan çayının qərb sahilinin parçalanmasına, Fələstin Muxtar hakimiyyəti və sülh proseslərinin zəifləməsinə səbəb olacağını bildirib.

O, həmçinin, Fələstin Muxtar hakimiyyətinin maliyyə böhranı və xidmət göstərmək imkanlarının zəifləməsi ilə bağlı xəbərdarlıq edib.

Uinslend bu sözləri BMT Təhlükəsizlik Şurasına Fələstindəki vəziyyətlə bağlı aylıq hesabatı zamanı deyib və Qəzzədə vəziyyətin həssaslığını açıqlayıb.

O, həmçinin İsrailin Qəzzə zolağına daşınan malların idxalına qoyduğu məhdudiyyətlərin azaldılmasının vacibliyini vurğulayıb.

Uinslend İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə fələstinlilərə qarşı davam edən sionist zorakılıqlarına toxunub. Nümayişlər və qarşıdurmalar zamanı ikisi uşaq olmaqla 6 fələstinlinin İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü, 25-i uşaq olmaqla 205 fələstinlinin yaralandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 2 =