BMT məruzəçiləri sionist rejimə silah embarqosu qoymağa çağırıb

BMT məruzəçiləri sionist rejimə silah embarqosu qoymağa çağırıb

BMT məruzəçiləri birgə bəyanatda Qəzza müharibəsi səbəbilə sionist rejimə silah embarqosu tətbiq etməyə çağırıblar.

Bu bəyanatda BMT məruzəçiləri beynəlxalq qanunların pozulması və Qəzzada günahsız insanlara qarşı bu silahlardan istifadə edilməsi səbəbindən sionist rejimə silah satışının dərhal dayandırılmasını tələb ediblər.

Bəyanatda vurğulanır: “İsrailə silah satışı, Qəzzada istifadə olunduğu və beynəlxalq hüququ pozduğu üçün dərhal dayandırılmalıdır.”

BMT məruzəçiləri bildiriblər: “Bütün ölkələr silahlı münaqişə tərəflərinin 1949-cu il Cenevrə Konvensiyalarına və beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq humanitar hüquqa hörmət etməsinə əmin olmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − two =