BMT: “Mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”

BMT: “Mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”

“Biz mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”.

“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş 4 aprel – Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə bağlı tviterdə yazıb.

Onun sözlərinə görə, insanların təhlükəsiz şəraitdə geri qayıtmalarına və həyatlarını yenidən qurmalarına şərait yaradılmalıdır: “Döyüşlər dayandıqdan sonra belə münaqişələr çox vaxt qorxulu miras qoyur: minalar və partlayıcı sursatlar”.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Təhlükəsizliyi Günü kimi qeyd olunur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − nine =