BMT: Myanmada hərbi çevrilişdən sonra 3000-ə yaxın insan həlak olub
Myanmada 2021-ci ilin fevral ayında baş verən hərbi çevrilişdən sonra ən azı 2940 nəfər həlak olub.
APA-nın məlumatına görə, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Ravina Şamdasani deyib.
Onun sözlərinə görə, BMT-nin Myanma ilə bağlı son hesabatına əsasən, ölkə ordusu dissidentlərin öldürülməsi, əsassız həbslər, işgəncələr və oğurluqlar da daxil olmaqla zorakılıqdan istifadə edib.
Apa.az