BMT-nin Baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələrini pisləyib
Bildiyimiz kimi Səudiyyə təcavüzkar koalisiyasının şənbə günü Səədə mərkəzi həbsxanasına, eyni zamanda Əl-Hədidə və Səədəyə hücumu nəticəsində çoxlu sayda insan tələfatı olub. Beyrut Alimlər Şurası, Həmas və digər İslami Müqavimət hərəkatları bu təcavüzlər və faciələrlə bağlı Səudiyyə-BƏƏ kolisiyasını pisləyən bəyanatlar veriblər.
BMT Baş katibi Antonio Quterreş də məsələyə münasibət bildirib. BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının Yəməndə azı 60 mülki vətəndaşın ölümünə səbəb olan hava hücumlarını pisləyib. Bunun bəşər hüququ və beynəlxalq qanunlara zidd olduğunu vurğulayıb.