BMT-nin baş katibi: Hər 10 dəqiqədə bir yəmənli uşaq ölür
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə koalisiyasını Yəmənə qarşı altı illik təcavüzünü dayandırmağa məcbur etmək üçün bu günə qədər ciddi bir addım atmayan BMT-nin baş katibi, Yəmən silahlı qüvvələrinin Marib vilayətində irəliləməsinin ardınca münaqişəyə son qoyulmasını tələb edib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, BMT-nin baş katibi Antoniu Quterreş çıxışının əvvəlində Yəmən müharibəsinin Yəmən xalqının, xüsusilə də uşaqların sağlamlığına mənfi təsirlərindən bəhs edərək vurğulayıb: “Yəmənli uşaqların sağlamlıqları ciddi risklərə məruz qalıb və hər 10 dəqiqədə bir uşaq Yəməndəki qarşıdurmanın nəticəsində və ya xəstəlik səbəbi ilə həyatını itirir.”
BMT-nin baş katibi, 400.000 yəmənli uşağın ciddi şəkildə qidalanmadan əziyyət çəkdiyini və təcili müalicə almadıqları halda həyatlarının təhlükə altında olduğunu söyləyib.