BMT-nin baş katibi: “Miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”

BMT-nin baş katibi: “Miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”

“BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, Polşa və Belarus sərhədində miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməli və ölkələr arasında gərginlik mənbəyinə çevrilməməlidir”.

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdən siyasi məqsədlər üçün istifadə edilməməlidir:

“Baş katib Belarus-Polşa sərhədindəki vəziyyəti narahatlıqla izləyir, miqrasiya və qaçqın məsələlərinin humanitar prinsiplər, beynəlxalq hüquq əsasında həllinin təmin edilməsinin vacibliyini bir daha vurğulayır”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + thirteen =