BMT-nin Baş katibi Pezeşkiana təbrik məktubu göndərərək yeni hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib

BMT-nin Baş katibi Pezeşkiana təbrik məktubu göndərərək yeni hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Məsud Pezeşkiana ünvanladığı mesajda onu İran prezidenti seçilməsi münasibətilə təbrik edib və İran İslam Respublikasının yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib.

BMT-nin baş katibi Antonio Quterreş Məsud Pezeşkiana göndərdiyi mesajda onu İran İslam Respublikasının prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. 

Quterreş İranın yeni prezidenti olaraq Pezeşkianın seçilməsindən xoşbəxt olduğunu bildirərək, BMT-nin və özünün İran İslam Respublikasının yeni hökuməti ilə işləməyi səbirsizliklə gözlədiklərini bildirib. 

BMT-nin Baş katibi İran İslam Respublikasının regiondakı mühüm roluna toxunaraq, onun regional böhranların həllinə yardımçı olmaqda və region və onun hüdudlarından kənarda təhdid ola biləcək yeni münaqişələrin qarşısının alınmasında rol oynamağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + ten =