BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: Qəzzada təhlükəsiz zona yoxdur

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı bir bəyanatda sionist rejimin Rəfahda törətdiyi son cinayətə cavab olaraq Qəzzada təhlükəsiz zonanın olmadığını bildirib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk əlavə edib: Rəfah partlayışının görüntüləri İsrailin (rejiminin) müharibə üsullarında nəzərə çarpacaq dəyişiklik göstərmir.
O deyib: Bazar günü gecə Rəfahdakı hava hücumu bir daha sübut etdi ki, Qəzza zolağında təhlükəsiz zona yoxdur və biz Rəfahdakı qaçqın düşərgəsində fələstinlilərin öldürülməsindən dəhşətə gəldik.