BMT-nin İrlandiya sülhməramlıları Livanda qalıblar

BMT-nin İrlandiya sülhməramlıları İsrailin Livanda əməliyyatı ilə əlaqədar ölkəni tərk etmələri istəklərinə baxmayaraq bu ölkədə qalıblar.
“Report” xəbər verir ki, bu barədə “Irish Times” məlumat yayıb.
Söhbət BMT-nin müvəqqəti qüvvələrinin (UNİFİL) heyətindəki İrlandiya kontingentindən gedir.
“Məlum olduğu kimi, İrlandiya hökuməti İsrail rəsmilərinə UNİFİL qoşunlarının hərəkətlərinin BMT-nin və yerdəki komandirinin işi olduğunu bildirdi. UNİFİL İsrailə qoşunlarını çıxarmayacağını xəbər verib”, – nəşr yazıb.
Oxşar qərarı Finlandiyadan olan sülhməramlı qüvvələrin kontingenti də qəbul edib.