BMT-nin Nyu Yorkdakı ofisində sionist rejimin sərgi təşkil etməsilə bağlı şərti
Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı təşkilat ofisində İsraili Knessetinin 70 illik yubileyinə həsr edilən sərginin keçirilməsinə dair BMT bəzi şərtlər irəli sürüb. İsraildən Qüdsün İsrail paytaxtı olması ilə əlaqədar atribut və rəmzlərin silinməsi tələb olunub ki, bu da Sionist rejim səfirinin etirazına səbəb olub.
Bu dəfə keçirilməsi planlaşdırılan “Knessetin yetmiş illik yubileyi” sərgisi, ilk dəfə 2019-cu ildə Ben Gurion hava limanında təşkil edilmişdi.
Sionistlərin 12-ci televiziya kanalaı elan edib:
Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı ofisində bir sərgi keçirmək üçün İsrail nümayəndə heyətinin istəyinə qarşı BMT-dən bəzi şərtlər irəli sürülüb. O cümlədən, 1980-ci ildə təsdiqlənən bir qanuna görə Qüdsün rəsmi olaraq bütövlükdə İsrail paytaxtı kimi tanınması”nın ləğv edilməsi tləb olunub.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına və Təhlükəsizlik Şurasına görə İsrailin bu qanunu ləğv edəcəyi gözlənilir. Onların fikrincə, Qüds məsələsi çox həssas məsələdir və İsrailin onu öz paytaxtı hesab etməsi beynəlxalq hüquqa ziddir.
Birləşmiş Millətlər Təşkilatı vurğuladı: “Bu ifadənin knesset təsviri ilə heç bir əlaqəsi yoxdur və onun silinməsi beynəlxalq hüquqla bağlı ziddiyyət və siyasi həssaslıqları aradan qaldıracaq.