BMT: Qəzzə böhranı beynəlxalq problemdir

BMT: Qəzzə böhranı beynəlxalq problemdir

BMT baş katibinin müavini Qəzzədə baş verənlərə qarşı məğlub olacaqları təqdirdə onun nəticələrinin region sərhədlərindən kənara yayılması ilə beynəlxalq problemlə üzləşiləcəyi barədə xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Martik Grifits deyib: Ölüm təhlükəsi həddində aclıq və susuq qalan Qəzzə xalqı bombardman edilir. Qəzzəlilərin sağ qalması üçün qida, su və yanacağa ehtiyacı var.

Grifis həmçinin xatırladıb: Biz Qəzzə xalqına humanitar yardımların çatdırılması üçün atəşkəs tələb edirik. Atəşkəs Qəzzəyə humanitar yardımların çatdırılması üçün yeganə çıxış yoludur.

Qeyd edək ki, bu gün (1 noyabr) BMT insan haqları ali komissarlığının Nyu York ofisinin direktoru da sionist rejimin Qəzzədəki cinayətlərinə etiraz etdikdən sonra istefa ərizəsi verib.

Graig Mokhiber İsrail rejiminin açıq-aşkar Qəzzədə soyqırımı törətdiyini elan edərək istefa ərizəsində yazıb: Amerika, İngiltərə və əksər Avropa ölkələri dəhşətli hücumlarda tam ortaqdırlar. Bu dövlətlər təkcə Cenevrə konvensiyalarına riayət etməkdə müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etmir, hətta faktiki olaraq münaqişəni daha da alovlandırır, İsrail cinayətlərinə siyasi-diplomatik dəstək verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =