BMT Qəzza zolağında 500-ə yaxın məktəbin atəşə tutulduğunu açıqlayıb

Qəzza zolağındakı 564 məktəbdən ən azı 477-si İsrailin keçirdiyi əməliyyatlar zamanı atəşə tutulub və dağıdılıb.
Bu barədə BMT-nin Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Ofisin sözlərinə görə, 344 belə təhsil müəssisəsi birbaşa zərbəyə məruz qalıb, 133-ü isə onların yaxınlığındakı hərbi əməliyyatlar nəticəsində məhv edilib. Bunlara 264 dövlət məktəbi, 57 özəl məktəb və 156 BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki məktəbləri daxildir.
Hesabatda bildirildiyinə görə Qəzza zolağının mülki müdafiə orqanları 2023-cü ilin oktyabr ayından etibarən müvəqqəti qaçqınların məskunlaşdığı 180 məktəbin də hədəf alındığını açıqlayıb.