BMT Qəzzada xəstəxanaya hücumla bağlı araşdırma aparacaq

BMT Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq.
“Report”un məlumatına görə, bunu CNN-ə açıqlamasında Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş katibinin müavini Martin Qriffits deyib.
“BMT şübhəsiz ki, öz təhqiqatını aparacaq. Və bu, çox tez aparılmalıdır”, – M.Qriffits bildirib.
Səfir, həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə qarşı hava hücumlarını qadağan edir.