BMT qlobal ərzaq böhranını müzakirə edəcək

BMT qlobal ərzaq böhranını müzakirə edəcək

Dünyada qida sahəsində yaranmış problemlər mövzusu bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

“Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək”, – o deyib.

ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaqlar.

Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı riski Ukraynadakı hadisələrlə əlaqədar yaranıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 7 =