BMT rəsmisi İsrailin Qəzzədəki cinayətlərinə görə istefa verdi

BMT rəsmisi İsrailin Qəzzədəki cinayətlərinə görə istefa verdi

BMT insan hüquqları ali komissarlığının administratoru Qərb ölkələrinin dəstəi ilə sionist rejimin Qəzzədəki cinayətləri və müharibənin davamına etiraz əlaməti olaraq istefa verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Graig Mokhiber İsrail rejiminin açıq-aşkar Qəzzədə soyqırımı törətdiyini elan edərək istefa ərizəsində yazıb: Amerika, İngiltərə və əksər Avropa ölkələri dəhşətli hücumlarda tam ortaqdırlar. Bu dövlətlər təkcə Cenevrə konvensiyalarına riayət etməkdə müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etmir, hətta faktiki olaraq münaqişəni daha da alovlandırır, İsrail cinayətlərinə siyasi-diplomatik dəstək verirlər.

Mokhiber həmçinin yazıb: Kütləvi cinayətlərin qarşısını almaq kimi vəzifəmizin öhdəsindən gəlmədiyimiz aydın məsələdir. Biz yenə də uğursuzluğa doğru gedirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =