BMT sionistlərin Qəzzada törətdiyi cinayətləri pisləyib
BMT sionist rejimin Qəzzada törətdiyi cinayətləri pisləyərək fələstinlilərə qarşı qətliam nəticəsində şəhid olanların təxminən 70 faizi qadın və uşaqlar olduğunu etiraf edib.
Əl Aləm telekanalının məlumatına əsasən, BMT bu gün (8 noyabr) apardığı araşdırmalara əsaslanaraq, sionist rejimin Qəzzə müharibəsində çoxlu mülki vətəndaşın şəhadətini pisləyib.
Agence France-Presse da bu barədə məlumat yayaraq bildirib ki, BMT-nin Qəzza müharibəsi ilə bağlı araşdırmalarının bir hissəsi İsrailin Qəzza müharibəsində şəhid olanların təxminən 70 %-nin qadın və uşaqlar olduğunu göstərib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi son hesabatlarında Qəzza müharibəsində mülki əhalinin vəziyyəti ilə bağlı dəhşətli həqiqəti açıqlayıb. Bu hesabatın təfərrüatları sionist rejimin beynəlxalq hüququn geniş şəkildə pozulması haqqında məlumat verir və xəbərdarlıq edir ki, Qəzzada dinc əhaliyə qarşı bu cinayəti törədənlər müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və hətta soyqırımda ittiham oluna bilərlər.