BMT: “Taliban” İŞİD-ə qarşı müqavimət göstərə bilməyəcək

BMT: “Taliban” İŞİD-ə qarşı müqavimət göstərə bilməyəcək

“Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra onlarla əlaqə konstruktiv və faydalı olub.

Bunu BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Debora Lyons Təhlükəsizlik Şurasının iclasında deyib.

Missiya rəhbəri bildirib ki, BMT Əfqanıstanda İŞİD terrorçularının fəallığının artmasından narahatdır.

“Taliban” bu terror qruplaşmasının yayılmasına müqavimət göstərə bilmir”, – Lyons qeyd edib.

O, əlavə edib ki, Əfqanıstanda ağır iqtisadi vəziyyət silah və narkotik ticarətinin həcminin artmasına səbəb ola bilər.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =