BMT TŞ-də islahat tələbi: Daimi üzvlərin veto hüququ məhdudlaşdırılmalıdır
ABŞ-da BMT-nin 79-cu sessiyası çərçivəsində təşkilatın Təhlükəsizlik Şurasında islahatlarla bağlı çağırış edilib.
“Haber Global” xəbər verir ki, Türkiyə və daha 11 ölkə bu barədə müştərək bəyanat yayıb.
Türkiyə, Argentina, Kanada, Kolumbiya, Kosta-Rika, İtaliya, Malta, Meksika, Pakistan, Koreya Respublikası, San Marino və İspaniya BMT TŞ-də ciddi islahatların aparılması tələbi ilə çıxış ediblər.
Qeyd olunub ki, BMT TŞ hazırkı konfiqurasiyası beynəlxalq sülh və təhlükəsizliyə kifayət qədər töhfə verə bilmir. Ona görə də köklü dəyişikliklərə ehtiyac var.
BMT TŞ-nin beş daimi üzvünün veto hüququnun məhdudlaşdırılması təklif olunan əsas məsələlər sırasındadır.
Bildirilib ki, bu dəyişikliklər bütün üzv dövlətlərin maraqlarına cavab verir.