BMT TŞ-də Qəzza zolağındakı vəziyyətlə bağlı səsvermə bu gün keçiriləcək

BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında müharibə ilə bağlı daha əvvəl təxirə salınmış səsvermə bu gün keçiriləcək.
Bu barədə CNN-ə adı açıqlanmayan iki diplomat məlumat verib.
Məlumata görə, qətnamənin orijinalına Qəzzaya daha çox humanitar yardımın daxil olmasına imkan yaradılması məqsədilə toqquşmaların dayandırılması çağırışı daxil edilib.
Diplomatlardan biri ABŞ-ın mətni hələ də gözdən keçirdiyini bildirib.