BMT TŞ Qəzzaya görə təcili toplanır
BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafında vəziyyətin müzakirəsi üçün iclas keçirəcək.
Bu barədə “Əl Hadath” telekanalına beynəlxalq təşkilatdakı diplomatik mənbə məlumat verib.
“Qəzzada vəziyyətin pisləşməsini nəzərə alaraq, İsrail və Fələstin tərəfləri arasında münaqişəni müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurası cümə günü iclas keçirəcək”, – mənbə bildirib