BMT: Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb

BMT: Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb

BMT-ə aid bir qurum Yəməndə baş qaldırmış müharibə və onunla bağlı səbəblərdən 233 min insanın öldüyünü bildirib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar məsələlər üzrə koordinasiya mərkəzi rəsmi tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, Yəməndə baş qaldırmış müharibədən dolayı və onunla bağlı olan səbəblərə görə 233 min insan həyatını itirib.

Bəyanatda bildirilib ki, Yəməndə dərhal atəşkəs bərpa edilməlidir.

Qeyd edək ki, Yəməndə daxili çəkişmələr Səudiyyə Ərəbistanı koalisiyasının 2015-ci ilin martında müdaxiləyə başlamasından sonra müharibə şəraitinə keçib. Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi hərbi koalisiyası bu ölkədə legitimliyi dəstəkləmək adı ilə Yəmənə müdaxiləyə başlayıb. Məlumata görə təkcə Səudiyyə Ərəbistanı koalisiyasının hava zərbələrində ölən mülki şəxslərin sayı 40 min civarındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 4 =