BMT Yəməndə münaqişə tərəflərini atəşkəsə əməl etməyə çağırıb

BMT Yəməndə münaqişə tərəflərini atəşkəsə əməl etməyə çağırıb

Yəməndəki münaqişə tərəfləri ölkədəki humanitar böhranı yumşaltmaq üçün atəşkəs rejiminə əməl etməlidir.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq tviterdə yazıb.

Yəmənin müvəqqəti paytaxtı Ədənə ikigünlük səfərini şərh edən Qrundberq atəşkəsin “konkret nəticələr” gətirdiyini və mülki itkilərin sayını əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib.

Xüsusi nümayəndə vurğulayıb ki, Yəməndəki təmaslar çərçivəsində Taiz şəhəri də daxil olmaqla kommunikasiyaların təhlükəsiz açılması və nəzarət altında olan Səna Beynəlxalq Hava Limanından kommersiya uçuşlarının bərpası kimi məsələlər müzakirə olunub.

Qrundberq qeyd edib ki, Yəməndəki bütün tərəflər müharibənin əhaliyə təsirini azaltmaq və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün atəşkəsə hörmət etməyə çalışmalıdır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =