BNA: Bakıda bəzi yollarda sıxlıq var

BNA: Bakıda bəzi yollarda sıxlıq var

 Bakı Nəqliyyat Agentliyi yollardakı sıxlığa dair məlumat açıqlayıb.

BNA-dan verilən xəbərə görə, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

1. Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

2. Binəqədi şosesi – (Əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində)

3. Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində)

4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində)

5. Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində)

6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində)

7. Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol)

8. Həsən bəy Zərdabi prospekti – (20 Yanvar dairəsinə düşən hissəsi)

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 1 =