Böhran bütün dünyaya yayıla bilər -Şok ssenari

Böhran bütün dünyaya yayıla bilər -Şok ssenari

Publika.az xəbər verir ki, rusiyalı iqtisadçı Valentin Katasonov belə bir ssenarini istisna etməyib.

Onun sözlərinə görə, Amerikada bir qrup bankın bağlanmasından çox qısa müddət sonra, mahiyyətcə qitənin bütün iqtisadiyyatının əsas elementlərindən biri olan Avropanın ən böyük bankı “Credit Suisse” iflas elan edib.

Ekspertin fikrincə, bu epizod açıq şəkildə göstərir ki, ABŞ-da başlayan böhran artıq dünyanın digər hissələrinə də yayılmağa başlayıb və onun nəticələri tezliklə planetin bütün digər dövlətləri və regionları tərəfindən hiss oluna bilər.

Katasonov hesab edir ki, Amerika tarixdə dəfələrlə baş verdiyi kimi, yeni böhranın inkişafını proqnozlaşdıra bilməyəcəyini bir daha iddia edəcək. Sonuncu dəfə belə vəziyyət 2008-ci ildə qlobal maliyyə böhranı baş verən zaman yaranmışdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 10 =