“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
“Boko Haram” silahlıları Nigeriyanın şimal-şərqindəki Borno əyalətində azı 20 nəfəri öldürüblər.
Trend-in məlumatına görə, silahlılar tərəfindən Gədan Qarı kəndinə qəfil hücum nəticəsində ölənlər arasında bir uşaq da var.
Borno əyalətinin hərbçiləri və rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər.
Qeyd edək ki, 2009-cu ildən “Boko Haram” qruplaşması əvvəlcə Nigeriya, daha sonra Niger, Çad və Kamerun ərazisində fəaliyyətə başlayıb. Yaraqlılar islam dövlət yaratmaq məqsədilə hərbi postlara və polis məntəqələrinə, mülki şəxslərə hücum edirlər.