Boks Paris olimpiadasının proqramından çıxarıla bilər
Boks Paris-2024 Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.
“Washington Post” nəşri xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi hazırda bu variantı nəzərdən keçirir.
Buna səbəb IOC-un Beynəlxalq Boks Assosiasiyasının (IBA) işindən narazı qalmasıdır.
Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək olimpiadanın da proqramına daxil edilməyib.
Qeyd edək ki, Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının iyulun 26-dan avqust 11-dək keçirilməsi planlaşdırılır.//”Report”
BAKU.WS