Bolqarıstan vətəndaşının Qəzza zolağında öldürülməsi araşdırılır

Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının əməkdaşlarından olan Bolqarıstan vətəndaşının ölümü araşdırılır.
Bu barədə araşdırma Bolqarıstan Prokurorluğu tərəfindən başladılıb.
Qeyd olunub ki, BMT əməkdaşı Marin Marinovun Qəzza zolağında İsrail rejimi tanklarının açdığı atəş nəticəsində ölməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, M. Marinov cari ilin martın 19-da Deyr əl-Bələh şəhərinin mərkəzində yerləşən BMT binasının vurulması nəticəsində həlak olub. İsrail rejimi əvvəlcə yayılan xəbərləri təkzib etsə də, sonradan Bolqarıstandan rəsmi şəkildə üzr istəmişdi.