Bolqarıstanın yük gəmisi Yəmən sahillərində ələ keçirilib

Bolqarıstanın yük gəmisi Yəmən sahillərində ələ keçirilib

Bolqarıstan Dəniz Donanmasına (BMF) məxsus “Ruen” yük gəmisi Yəmən sahillərində Ərəbistan dənizinin sularında ələ keçirilib. Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.

Yük gəmisinin heyəti ilə heç bir əlaqə yoxdur. Gəmidə 18 ekipaj üzvü var, onlardan 8-i bolqar, qalanları isə Myanma və Anqoladandır. BMF şirkəti bəyan edib ki, onların prioritetləri ekipajın təhlükəsizliyini təmin etməkdir və onlar səlahiyyətli beynəlxalq orqanlarla koordinasiya əsasında işləməyə davam edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =