Boltondan xəbərdarlıq: Onu seçməyin, kabusa çevriləcək

Publika.az xəbər verir ki, bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. Onun sözlərini “NewsNation” sitat gətirir.
Bolton Trampın siyasətinə üstünlük verənləri də tənqid edib. Onun fikrincə, keçmiş ABŞ lideri qərarlar qəbul edərkən əsasən öz mənfəətini güdür.
Qeyd edək ki, Donald Tramp 2017-2021-ci illərdə Ağ Evin sahibi olanda Amerika mediası dəfələrlə onun NATO-dan çıxmaq istədiyini yazıb. O, həqiqətən də tez-tez təşkilatı və üzvlərini silahlı qüvvələrin inkişafına sərmayə qoymadıqlarına, Vaşinqtondan müdafiəyə ümid etdiklərinə görə tənqid edirdi. Bundan əlavə, siyasətçinin tərəfdaşları hərbi xərcləri artırmasalar, alyansdan çıxacaqları ilə hədələdiyi iddia edilirdi. Sonradan bu xəbərlər təkzib edildi.
Publika.az