Borrel: İsrailin bir milyondan çox insanı köçürmək planı qeyri-mümkündür
İsrailin bir gündə Qəzzanın şimalından bir milyondan çox insanı evakuasiya etmək planı tamamilə mümkünsüzdür.
Bunu Aİ diplomatiya rəhbəri Jozef Borrel bildirib.
“Mən bunu Avropa İttifaqının rəsmi mövqeyini təmsil etmək üçün deyirəm. Evakuasiya planı tamamilə işlək deyil”, – Borrel deyib.
Təsəvvür edin ki, 24 saat ərzində bir milyon insanı daşıya bilərsiniz, bir saat ərzində humanitar böhran yarana bilər”, – diplomat əlavə edib.
Qeyd edək ki, İsrail HƏMAS-a qarşı quru hücumundan əvvəl bölgədəki sakinlərə ərazini tərk etmək barədə xəbərdarlıq edib.