Borreldən etiraf: `Avropa İttifaqı qlobal siyasətin obyektinə çevrilib`

Borreldən etiraf: `Avropa İttifaqı qlobal siyasətin obyektinə çevrilib`

“Avropa Birliyi dünya arenasında tam hüquqlu oyunçu olma qabiliyyətini itirməkdə və dünya güclərinin siyasətinin obyektinə çevrilmək riski ilə üzləşə bilər”

RT xəbər verir ki, bunu Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel bildirib.

Onun sözlərinə görə, Avropa tamaşaçı qismində çıxış etməməlidir:

“Avropa dünyada tamaşaçı ola bilməz. Avropanın öz baxışlarını və maraqlarını təsdiq etmə qabiliyyətinə mənfi təsir göstərən böyük dəyişikliklər baş verir. Avropa müzakirələrə deyil, hərəkətə diqqət yetirməlidir”.

Həmçinin Borrel vurğulayıb ki, dünyada Avropa işlərinə getdikcə daha çox təsir edən tendensiya mövcuddur və ilk növbədə bu, ABŞ-ın Çinə qarşı yönələn siyasətidir.

“Avropalılar hadisələri özləri yönləndirmək və formalaşdırmaqdansa, başqalarının qərarlarına reaksiya verməklə, beynəlxalq işlərin oyunçusundan daha çox obyekt olmaq riski ilə üzləşib”, – deyə Borrell qeyd edib.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 16 =