Borrell İrana səfər edəcək

Borrell İrana səfər edəcək

Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell İranın nüvə razılaşması kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasına qayıtmaq üçün davam edən səylər çərçivəsində iyunun 24-25-də İrana səfər edəcək.

Bu barədə Aİ Xarici İşlər Xidməti məlumat yayıb.

Borrell xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər iranlı həmkarları ilə görüşlər keçirəcək.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, həmçinin sanksiyaların ləğvi ilə bağlı vəziyyət müzakirə olunacaq.

Mənbə: Yevropeyskaya pravda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 13 =