Borrell: İsraillə diplomatik normallaşma siyasəti əksinə cavab verdi
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi İsrailin Yaxın Şərqlə diplomatik münasibətlərin normallaşma siyasətinin əks nəticə verdiyini etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Cozep Borrell deyib: İsrail-Fələstin münaqişəsi artıq ərəb-israil münaqişəsi olmaqdan çıxaraq bir növ dini-sivilizasiyalar konfliktinə çevrilib. Biz bu münaqişənin qarşısını almalıyıq.
Əl Cəzirə telekanalının məlumatına görə Cozep Borrell deyib: Hamı İsrailin normallaşdırma siyasətinin Yaxın Şərqə sülh gətirəcəyinə inanırdı. Amma belə olmadı. Yaxın Şərqdəki konfliktlər bizim Ukrayna ilə bağlı siyasətimizə mənfi təsirlər qoydu və Avropada ikili stadartlar səbəbinə Ukraynaya yardımlar azala bilər.
Borrell həmçinin deyib: Fələstin və İsrail arasında münaqişə etnik və ya dini xarakterli deyil, bu, milli məsələdir. Bu hər iki xalqın eyni torpaqda yaşamaq hüququ ilə bağlıdır. İki xalq sülh içində yaşamaq üçün paylaşmalıdırlar.