Borrell: Netanyahu və Qallant haqqında həbs qərarı icra edilməlidir

Borrell: Netanyahu və Qallant haqqında həbs qərarı icra edilməlidir

 Aİ-nin xarici siyasət rəsmisi açıqlamasında Avropa ölkələrinin Beynəlxalq Cinayət Məhkəməsi qarşısında götürdükləri öhdəliklərə əməl etməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallanta barədə son həbs orderinin icra olunmasının zərurətini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Cosep Borrell bu gün (26 noyabr)  Livandakı atəşkəs danışıqları ilə bağlı açıqlamasında deyib: Livanda atəşkəsin olmamasının heç bir əsası yoxdur və İsrailin narahatlığı tamamilə aradan qaldırılıb.

Livanda 100 min evin dağıdıldığını və İsrailə atəşkəs təklifini qəbul etməsi üçün təzyiq göstərilməsini qeyd edən Borrell əlavə edib: Qəzzada vəziyyət Livandan da pisdir. Qəzzanın şimalında 250 min insan aclıq və susuzluqdan əziyyət çəkir. Humanitar yardım Qəzzaya çatmır və BMT dəstək verə bilmir. Qəzzanın şimalında tək qalan insanlara qarşı aclıqdan silah olaraq istifadə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 15 =