Bostonda Tramp əleyhdarları ABŞ bayrağını yandırdılar

Bostonda Tramp əleyhdarları ABŞ bayrağını yandırdılar

Bostonda ABŞ prezidentinə qarşı keçirilən etiraz mitinqində Trampın şəkilləri və ABŞ bayrağı yandırılıb.

Deyerler.org RT-yə istinadən xəbər verir ki, oktyabrın 18-i Tramp əleyhdarları ABŞ-ın bayrağını və prezidentin şəkillərini yandıraraq, onun hakimiyyətdən getməsini tələb edən şüarlar səsləndiriblər.

Etirazçılar ABŞ-ın böyüklüyünə borcluyuq” şüarı yazılmış Trampın seçki kampaniyası şapkalarını da yandırıblar.

Digər tərəfdən, Massaçusetsin Boston şəhərindəki Kopli meydanında keçirilən mitinqlərdə isə, ümumi sayı min nəfər olan iki tərəf (Tramp və Bayden) arasında toqquşma olub.

Dövlət silahlı qüvvələri və Bostonun yerli qüvvələri kütləni dəyənəklərdən və polad maneələrdən istifadə edərək ayırmağa çalışıb.

Mitinqlər vaxtı ən azı iki Tramp tərəfdarı nümayişçi həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − seven =