Böyük Britaniya İsrailin iki nazirinə sanksiya tətbiq edir!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Böyük Britaniya İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir və maliyyə naziri Bezalel Smotrichə qarşı sanksiyalar tətbiq edib. London onların aktivlərini donduracaq və səyahət qadağası qoyacaq.
Bu qərar Sionist rejimin Qəzzadakı müharibə zamanı həyata keçirdiyi soyqırım siyasətinə cavab olaraq qəbul edilib. Böyük Britaniya Kanada, Avstraliya və Yeni Zelandiya ilə birlikdə bu addımı ataraq İsrail rejiminə təzyiqi artırır.
Britaniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verib və nazirlərin “ekstremist zorakılığı təşviq etdiyini” bildirib. İsrailin Xarici İşlər Nazirliyi isə bu qərarı “qəbuledilməz” adlandırıb.