Böyük Britaniya Ukraynaya ağır zirehli texnika verəcək

Böyük Britaniya Ukraynaya ağır zirehli texnika verəcək

Britaniya Ukrayna ordusuna “Mastiff” adlı ağır zirehli texnika verəcək.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News”a müsahibəsində deyib.

Bildirilib ki, 23 tonluq zirehli texnika 8 əsgər və 2 ekipaj üçün nəzərdə tutulub. Məlumata görə, bu silah Ukrayna ordusuna əks-hücum əməliyyatları keçirməyə imkan verəcək.

Qeyd edək ki, “Mastiff” ağır zirehli texnikası Əfqanıstan münaqişəsi zamanı əldəqayırma partlayıcı qurğuları zərərsizləşdirmək məqsədilə hazırlanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 11 =