Böyük Britaniyada Fələstin tərəfdarları maliyyə nazirinin çıxışını yarıda kəsiblər
Leyboristlər Partiyasının Liverpulda keçirilən qurultayında Fələstin tərəfdarları Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivsin çıxışını yarıda kəsiblər.
Tədbir “Sky News” telekanalı tərəfindən yayımlanıb.
Məlumata görə, nazirin çıxışının əvvəlində fəallardan biri Fələstinə dəstək şüarları səsləndirməyə başlayıb, Britaniya hökumətindən İsrailə silah tədarükünü dayandırmağı tələb edib, toplaşanlardan bəziləri sonra ona qoşulub.
Qeyd olunub ki, həmin gənc təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zaldan zorla çıxarılıb.
“Sky News”un məlumatına görə, aksiya hakimiyyəti neft sənayesinə investisiya qoyuluşundan imtina etməyə çağıran “Climate Resistance” iqlim hərəkatı tərəfindən təşkil edilib.