Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) – Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq-da mübarizə aparan Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) – Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.
73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
BAKU.WS