“Böyük Peyğəmbər 19” əməliyyatında Quru Qoşunlarının güclü atəşi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının “Böyük Peyğəmbər-19” əməliyyat təliminin əsas mərhələsi 26 mərhələdə raket, pilotsuz uçan aparat, artilleriya və çevik reaksiya bölmələri tərəfindən hipotetik düşmən mövqelərinə güclü atəşlə həyata keçirilib.
SEPAH-ın Quru Qoşunlarının ölkənin cənub-qərbində ən böyük təlimlərindən biri olan Böyük Peyğəmbər-19 hərbi təliminin son mərhələsi çərşənbə günü axşam saatlarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı general-mayor Səlami, SEPAH-ın Quru Qoşunlarının komandanı general-mayor Pakpur və ölkənin yüksək rütbəli komandirlərindən bir qrupunun iştirakı ilə ölkənin cənub-qərbində Şavəriyyənin açıq bölgəsində keçirildi.
SEPAH-ın Quru Qoşunlarının Kərbəla Qərargahının komandirinin “Ya Rəsulallah, Ya Rəsulallah, Ya Rəsulallah” mübarək adını elan etməsilə təlim müxtəlif bölmələrin iştirakı ilə həyata keçirilib.
Mikro uçuş aparatları ilə ərazidə kəşfiyyat aparılması, Mühacir 6 pilotsuz uçan aparatı ilə əməliyyatların aparılması, Suxoy qırıcıları tərəfindən havadan bombardman, hava nəqliyyatı, heliport, hava yükünün daşınması, paraşütçülərin enişi, zirehli və artilleriya atəşi bu təlimin müxtəlif hissələri arasında olub.