Böyük sərkərdələr coğrafiyada məlum torpaqların fatehləri deyil, könüllərin fatehləridir

Böyük sərkərdələr coğrafiyada məlum torpaqların fatehləri deyil, könüllərin fatehləridir

Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Böyük sərkərdələr coğrafiyada məlum olan torpaqların fatehləri deyillər; onlar qəlblərin fatehləridir və buna görə də onların fəthləri əbədi olaraq qalır.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün cümə axşamı, yanvarın 2-də X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Döyüşçünün silahlara, çoxlu bombalara və qalaqlanan ölülərə əsaslandığı bir vaxtda o, “könüllərin sərkərdəsi” kimi tanındı. Çünki böyük sərkərdələr coğrafiyada məlum torpaqların fatehləri deyillər; onlar qəlblərin fatehləridir və buna görə də onların fəthləri əbədi olaraq qalır.”

Bəqai əlavə edib: “İslamın rəşadətli sərkərdəsi, müqavimətin fəxri, vətən əsgəri və terrorla mübarizənin böyük qəhrəmanı Hacı Qasim Süleymaninin şəhadətinin ildönümündə onun xatirəsini ehtiramla yad edirik, İranı müdafiə edən, təcavüzə, terrora və işğala qarşı müqavimət göstərən bütün şəhidlərin ruhuna salam göndəririk.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + twenty =