Braziliya Prezidenti Lula: Fələstin dövlətinin tanınması mənəvi borcdur!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Fələstin dövlətinin tanınmasını mənəvi borc adlandırıb. O, İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanımasını tarixi qərar kimi qiymətləndirib və bunun Yaxın Şərqdə sülh səylərinə müsbət təsir edəcəyini bildirib.
Lula vurğulayıb ki, Braziliya Latın Amerikası ölkələri arasında Fələstini ilk tanıyanlardan olub və bunu 2010-cu ildə qəbul edərək Fələstini 1967 sərhədləri çərçivəsində tanıyıb.