“Brent” neftinin qiyməti 83 dollara yaxınlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 1,18% artaraq 1 barelə görə 82,92 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,35% artaraq 79,36 dollar təşkil edib.
Report