Britaniya, Almaniya və Fransa Şimali Koreyanı dialoqa çağırıb

Britaniya, Almaniya və Fransa Şimali Koreyanı dialoqa çağırıb

Böyük Britaniya, Almaniya və Fransa Koreya Xalq Demokratik Respublikasını (KXDR) davam edən ballistik raket sınaqlarını pisləyib və Pxenyanı ABŞ-la danışıqlara qayıtmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə üç ölkənin birgə bəyanatında deyilir.

Sənəddə deyilir: “Biz həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizliyə və sülhə xələl gətirən, eləcə də BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir sıra qətnamələrin açıq-aşkar pozulması olan bu təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. KXDR-i Təhlükəsizlik Şurasının qərarını həyatda tam şəkildə yerinə yetirmək, Birləşmiş Ştatların dialoqa dair təkrar çağırışlarını qəbul etmək üçün konkret addımlar atmağa dəvət edirik”.

Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =