Britaniya kəşfiyyatı: “Rusiya Mariupolda fosfor silahından istifadə edə bilər”

Britaniya kəşfiyyatı: “Rusiya Mariupolda fosfor silahından istifadə edə bilər”

“Rusiya qüvvələrinin Donetsk vilayətində fosforlu sursatlardan əvvəl istifadə etməsi, şəhər uğrunda döyüşlərin şiddətləndiyi üçün onların gələcəkdə Mariupolda yenidən işə salınacağı ehtimal olunur”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir. Ukrayna qüvvələri bir neçə hücumu dəf edib və nəticədə Rusiya tankları, hərbi maşınları və artilleriya texnikası məhv edilib. Rusiyanın idarə olunmayan bombalardan davamlı istifadəsi onların nişan alarkən və zərbələr endirərkən dəqiqlik qabiliyyətini azaldır, eyni zamanda daha çox mülki itki riskini artırır”, – məlumatda vurğulanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =