Britaniya müstəmləkəçiliyinin 40 illik tarixi / 100 milyon hindli necə öldürüldü?

Britaniya müstəmləkəçiliyinin 40 illik tarixi / 100 milyon hindli necə öldürüldü?

1880-1920-ci illər arasında Hindistanda Britaniyanın müstəmləkəçilik siyasəti Sovet İttifaqı, Maoist Çin və Şimali Koreyadakı aclıqların ümumilikdə törətdiyi faciədən daha çox qurbanlara səbəb oldu.

Əl-Cəzirə-yə istinadən verilən məlumata görə, Ətraf Mühit Elmləri və Texnologiyaları İnstitutunun (ICTA-UAB) professoru, Kral İncəsənət Cəmiyyətinin üzvü Ceyson Hikel və magistratura tələbəsi “Dylan Sullivan” Sidney Universitetinin Siyasi İqtisadiyyat Departamentində hindistanlıların 1880-1920-ci illər arasında Britaniyanın müstəmləkə dövründə ölüm statistikasını araşdıran məqalə yazıblar.

Bu məqalənin tam mətninin tərcüməsi belədir:

Son illər Britaniya İmperiyası üçün yenilənmiş nostalji müşahidə olunub. Niall Fergusonun “Britaniya müasir dünyanı necə yaratdı” və Bruce Gilley tərəfindən yazılmış “Son imperialist” kimi mühüm kitablarda Britaniya müstəmləkəçiliyinin Hindistana və digər müstəmləkələrə tərəqqi və inkişaf gətirdiyi iddia edilir.

İki il əvvəl YouGov-un sorğusu göstərdi ki, britaniyalıların 32 faizi ölkənin müstəmləkə tarixi ilə fəal şəkildə fəxr edir.

Müstəmləkəçiliyin bu gözəl mənzərəsi tarixi qeydlərlə kəskin şəkildə ziddiyyət təşkil edir. İqtisadiyyat tarixçisi Robert C. Allen-in fikrincə, Britaniyanın idarə etdiyi Hindistanda ifrat yoxsulluq 1810-cu ildəki 23 faizdən 20-ci əsrin ortalarında 50 faizdən çox artıb.

  Hindistanda real əmək haqqı Britaniya müstəmləkəçiliyi dövründə aşağı düşərək 19-cu əsrdə ən aşağı səviyyələrə çatdı, qıtlıqlar daha tez-tez və ölümcül oldu.

Hindistanda müstəmləkəçilik nəinki bu ölkənin xalqına xeyir gətirmədi, hətta tarixə insan faciəsi kimi düşdü.

Mütəxəssislər razılaşırlar ki, 1880-1920-ci illər – Britaniya imperiya gücünün zirvəsi – Hindistan üçün xüsusilə dağıdıcı idi.

1880-ci illərdə müstəmləkə rejimi tərəfindən aparılan hərtərəfli əhalinin siyahıyaalınması göstərir ki, bu dövrdə ölüm nisbəti xeyli artmış, 1880-ci illərdə hər min nəfərə nisbətdə ölüm statistikası 37,2-faizdən 1910-cu illərdəki hər min nəfərə nisbətdəkin statistikaya görə 44,2 faizə çatmışdır.

Hindistanda da orta ömür uzunluğu bu illər ərzində 26,7 ildən 21,9 ilə qədər azalıb.

Journal of World Development jurnalında bu yaxınlarda dərc olunan məqalədə siyahıyaalma məlumatlarından istifadə edərək, bu dörd amansız onillikdə Britaniya imperiya siyasətinin nə qədər insanın öldürüldüyünü təxmin edirdi.

Bu məlumatları “normal” ölüm üçün əsas kimi istifadə etsək, 1891-1920-ci illərdə Hindistanıda Britaniya müstəmləkəsi altında təxminən 50 milyondan artıq ölüm baş verdiyini görürük.

Demək lazımdır ki, əlli milyon ölüm heyrətamiz rəqəmdir. Real əmək haqqı barəsindəki məlumatlar göstərir ki, 1880-ci ilə qədər müstəmləkəçi Hindistanda həyat səviyyəsi əvvəlki səviyyələrindən kəskin şəkildə aşağı düşmüşdür.

Allen və digər alimlər müstəmləkəçilikdən əvvəl Hindistanın yaşayış səviyyəsinin Qərbi Avropanın inkişaf etməkdə olan hissələri ilə eyni səviyyədə ola biləcəyini iddia edirlər.

Biz müstəmləkəçilikdən əvvəlki Hindistanda ölüm nisbətinin nə olduğunu dəqiq bilmirik, lakin Hindistanda ölüm nisbətinin 16-17-ci əsrlərdə İngiltərə ilə eyni olduğunu fərz etsək (hər min nəfərə 27,18 ölüm), Hindistanda 1881 və 1920-ci illər arasında həddindən artıq ölüm baş verib ki, bu da 165 mln nəfərə bərabərdir.

Ölümlərin dəqiq sayı, ilkin ölümlə bağlı etdiyimiz fərziyyələrə nisbətən qeyri-müəyyən olsa da, Hindistanda Britaniya müstəmləkəçiliyinin zirvəsində təxminən 100 milyon insanın vaxtından əvvəl öldüyü aydındır. Bu, bəşər tarixində siyasətin yaratdığı ən böyük ölüm böhranlarından biridir və Sovet İttifaqında, Maoist Çində, Şimali Koreyada, Pol Potun Kambocasında və Mengistu Efiopiyasında baş verən bütün qıtlıq dövründəki ölümlərin ümumi sayından daha çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =