Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkili Boris Titov, “Regnum” İnformasiya Agentliyinin sahibi Sergey Rudnov və digər bir sıra şirkətlərə sanksiyalar tətbiq olunub.
Report.az