Britaniya səfiri energetika nazirinin müavini ilə görüşüb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp energetika nazirinin müavini Elnur Soltanovla görüşüb.
Diplomat bu barədə özünün tviter hesabında yazıb.
“Elnur Soltanovla COP26-dan sonrakı addımları və azad edilmiş ərazilər də daxil olmaqla, Britaniyanın Azərbaycanda bərpa olunan enerjiyə dəstəyini müzakirə etdik”, – paylaşımda bildirilib.
Apa