Britaniya Suriyanın hərbi rəhbərliyinə sanksiya tətbiq edib

Britaniya Suriyanın hərbi rəhbərliyinə sanksiya tətbiq edib

Britaniya hökuməti Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdül Kərim Mahmud İbrahimə qarşı sanksiya tətbiq edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi silahlı qüvvələrin komandanlığı vasitəsilə Suriya əhalisinin repressiyasında iştirak edib və sistematik olaraq seksual və cinsi zorakılıqdan istifadə olunub. Əli Mahmud Abbas da analoji əsasda sanksiyalar siyahısına daxil edilib. Hər ikisinə Böyük Britaniyaya giriş qadağan edilib və, aktivləri dondurulub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =